28.11.2022 04:05

İnsan Resursları üzrə Koordinator

По договоренности
28.11.2022 04:05
компания "fairmont baku" ​əmək funksiyalari: heyətin idarə olunması departamentinin gündəlik fəaliyyətində kömək etmək. iş yoldaşları arasında açıq ünsiyyətə, etimada, qarşılıqlı hörmətə və şən əhval-ruhiyyəyə əsaslanan münasibətləri stimullaşdırmaq. heyətin idarə olunması departamentinin otelin bütün korporativ və regional siyasət və təlimatlarına, habelə bütün əməkdaşlara dair hökumət sərəncamlarına riayət etməsini təmin etmək. heyətin idarə olunması departamentinin rəhbər işçiləri üçün təqvim və inzibati yardım məsələlərini həll etmək. tələb olunduqca görüşləri planlaşdırmaq və təşkil etmək telefon zənglərindən daxil olan və xarici, daxili qonaqların istəklərinin qarşılanmasını təmin etmək. lazım gəldikcə fərdi dolablar, ad nişanları, tanınma kartları (id-lər), həmkarların məktubları, satınalma tələbnamələri, məsrəf hesabatları ilə əlaqədar məsələləri həll etmək. heyətin idarə olunması departamenti üçün korrespondensiyanın, məsələn, məktubları, müqavilələri və s. tərtib etmək. lazımi tədbirləri izləməklə və irəliləyiş əldə olunduqca hesabatları yeniləməklə daxili heyyətin idarə olunması departamenti layihələrini dəstəkləmək. işçi heyətinin kartotekasını yaratmaq. bütün inzibati tapşırıqları, məs., faks, poçt, telefon, surətçıxarma, dəftərxana ləvazimatı ilə bağlı məsələləri icra etmək. yeri gəldikcə kollektiv tədbirlərə, məs., rəhbərlik iclaslarına, həmkarların qəbuluna və illik tədbirlərə yardım göstərmək və dəstəkləmək. müsahibələrin planlaşdırılmasına kömək etmək. işçilərin yuxarı vəzifəyə və başqa işə keçirilməsi üçün tövsiyə və etiraf məktubları hazırlamaq. məlumatların toxunulmazlığını və düzgün sənədləşməni (yeni əməkdaşların siyahıya daxil edilməsi, maaş, təyinat dəyişiklikləri) təmin etməklə insan resursları informasiya sistemini idarə etmək məzuniyyət hüquqlarına, yuxarı vəzifəyə irəli çəkilmə və maaş dəyişikliklərinə münasibətdə dəqiqliyi təmin etməklə işçinin fəaliyyət formalarını idarə etmək. əməkdaşın iş keyfiyyətlərinin qiymətləndirilməsində və rəhbər işçilərə məruzə edilməsində heyətin idarə olunması departamentinin direktoru müavininə kömək etmək. aylıq hesab-fakturaların, aylıq davamiyyət cədvəllərinin hazırlanması və yeni əməkdaşlar üçün e-poçt hesablarının əlavə edilməsinə görə cavabdeh olmaq. heyətin idarə olunması departamentinin direktoruna həftəlik status dəyişikliyi hesabatını aparmaq və təqdim etmək. digər mümkün vəzifələri yerinə yetirmək. ixtisas tələbləri: bizim şirkət missiyamızı, brend vədimizi və dəyərlərimizi əks etdirən açıq, həvəsləndirici və etimad doğurucu iş mühitini inkişaf etdirmək və stimullaşdırmaq. idarəetmə, xüsusilə də otel təsərrüfatı sahəsində ən azı 2 illik iş təcrübəsi olmaq. olduqca məsuliyyətli olmaq və məxfi məlumatlarla son dərəcə ehtiyatla davrana bilmək. yüksək dərəcədə məsuliyyətli olmaq, gərgin iş mühitində verilən tapşırıqları vaxtında çatdırmaq. telefona zənglərinə peşəkarcasına cavab vermək və təbəssümlü davranış tərzi nümayiş etdirmək. əla fərdi söhbət, yazılı və şifahi ünsiyyət vərdişləri, universitet və ya kollec diplomu. insan resurslarının idarəedilməsi sahəsində formal təhsilə üstünlük verilir. ingilis və azərbaycan, türk və ya rus dillərindən birində ünsiyyət etmək. dəqiqədə ən azı 50 söz yazmağı bacarmaq. word, excel, word, outlook və powerpoint kompyüter proqramlarını bilmək.

Адрес

Азербайджан Баку

Похожие вакансии

По договоренности
28.11.2022 04:05
компания "fairmont baku" ​əmək funksiyalari: heyətin idarə olunması departamentinin gündəlik fəaliyyətində kömək etmək. iş yoldaşları arasında açıq ünsiyyətə, etimada, qarşılıqlı ...
Партнерские Вакансии
Азербайджан Баку

Новости

Смотрите также вакансии